Xəbərlər
Türkiyədə ulu öndər Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar simfonik orkestrin konserti keçiriləcək
![](http://yap.az/thumb.php?src=http://yap.az/upload/images/981c2aad381484d332e6be71ef1fc628.jpg&w=360)
Türkiyədə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar simfonik orkestrin konserti təşkil ediləcək.
Konsert dekabrın 12-də İstanbulda “Cemal Reşit Rey” konsert salonunda “Bir millət, iki dövlət” adı altında keçiriləcək.
Konsertdə Azərbaycan və Türkiyə xalq mahnıları ilə yanaşı, Üzeyir Hacıbəylinin “Koroğlu”, “Arşın mal alan” əsərlərindən hissələr səsləndiriləcək.