YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldar İbrahimov: Azərbaycan aqrar sektorda yetişdirilən məhsulları xarici bazarlara çıxarmaq üçün böyük üstünlüklərə malikdir

“Son illərdə dünyada müşahidə edilən yeni reallıqlar fonunda meydana çıxan qlobal çağırışlardan biri aqrar sektorun intensiv inkişafının təmin edilməsi zərurəti ilə bağlıdır”. Bu fikri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.

 E.İbrahimov bildirib ki, 2050-ci ilədək dünya əhalisinin sayının 9,3 milyard nəfərə çatacağı gözlənilir. Bu isə ərzağa olan tələbatın indiki səviyyə ilə müqayisədə 70 faiz artması deməkdir. Torpaq və su resurslarının məhdudluğu fonunda qlobal ərzaq təchizatının əhəmiyyətli dərəcədə artması təmin olunmalıdır. Təsadüfi deyildir ki, 2015-ci ildə BMT-nin qəbul etdiyi “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik” sənədində aclığın ləğv edilməsi, qidalanmanın yaxşılaşdırılması, ərzaq təhlükəsizliyinin və kənd təsərrüfatının dayanıqlı inkişafının təmin edilməsi əsas məqsədlərdən biri kimi müəyyənləşdirilib.
“BMT-nin bəyan etdiyi Minilliyin İnkişaf Məqsədlərinə qoşulan Azərbaycan da aqrar sektoru intensiv metodlarla inkişaf etdirməyi, məqsədyönlü islahatlarla bu sektorda istehsal imkanlarını artırmağı hədəfləyib. Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq aqrar sahənin inkişafı daim diqqət mərkəzində saxlanılır və ölkədə qeyri-neft iqtisadiyyatının üstün inkişafının təmin olunmasına hesablanan islahatların bir çoxu məhz kənd təsərrüfatını əhatə edir. 

 Azərbaycan aqrar sektorda yetişdirilən məhsulları xarici bazarlara çıxarmaq üçün böyük üstünlüklərə malikdir. Belə ki, respublikamız bir sıra böyük istehlak bazarları ilə əhatə olunub. Həmin bazarlarda ölkəmizdə yetişdirilən yüksək keyfiyyətli meyvə-tərəvəz yaxşı tanınır və onlara böyük tələbat var. Eyni zamanda, respublikamızda aqrar sektorda ixracın genişləndirilməsinə güclü siyasi iradə göstərilir. İslahatlar çərçivəsində ixracın səmərəli təşviq mexanizminin işə salınması, “Made in Azerbaijan” brendinin yaradılması, gömrük prosedurlarının sadələşdirilməsi və bu kimi digər tədbirlər fermerlərdə məhsul ixracına böyük marağı təmin edir”-deyə, komitə sədri vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv