YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Urxan Ələkbərov: Azərbaycan bir çox istiqamətlərdə regional və qlobal liderə çevrilib

“Azərbaycan bir çox istiqamətlərdə regional və qlobal liderə çevrilib”. Bu fikri Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov deyib.

U.Ələkbərov bildirib ki, son 15 ildə ölkəmizdə davamlı və inklüziv inkişaf üçün iqtisadi baza yaradılıb. Onun sözlərinə görə, Azərbaycan son illərdə bir çox davamlı inkişaf göstəriciləri və sosial indikatorlara görə “Böyük iyirmilik” və “Böyük yeddilik” ölkələrinin əksəriyyətini üstələyir.

“Respublikamızın inkişaf göstəriciləri bir çox beynəlxalq təşkilatların rəsmi sənədlərində təsdiqini tapıb. Qazanılan uğurların əsasını Ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş siyasət və bu siyasətin hazırda Prezident İlham Əliyevin uğurla davam etdirməsi təşkil edir. İnnovativ inkişaf strategiyasının reallaşdırılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın da xüsusi rolu var. Ölkəmizin inklüziv cəmiyyət quruculuğu istiqamətində qazandığı uğurlarının başlıca amili təhsil və insan potensialının formalaşdırılmasıdır. Bütün nailiyyətlərin əsasında bilik, biliyin əsasında təhsil dayanır”-deyə, akademik vurğulayıb.