YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Ordusunun hərbi qulluqçuları “Eternity-2018” çoxmillətli təlimlərində iştirak edirlər

Azərbaycan, Türkiyə və Gürcüstan Silahlı Qüvvələri arasında neft və qaz kəmərlərinin mühafizəsi, təcrübə mübadiləsi və qarşılıqlı uyğunluğun artırılması məqsədilə Türkiyənin Pınarhisar şəhərində “Eternity-2018” çoxmillətli təlimləri keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, kompüter dəstəkli komanda-qərargah təlimi ilk dəfə olaraq, eyni zamanda, ərazidə və hər üç dövlətin hərbi bölmələrinin cəlb olunması ilə icra edilir.

Bundan başqa, Azərbaycan Hərbi Hava Qüvvələrinin nümayəndə heyəti Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclasının protokoluna əsasən, 2019-cu ildə Türkiyədə təşkil olunacaq “Anadolu Ankası” və “Anadolu Qartalı” təlimlərinin Ankarada keçirilən planlaşdırma iclasında iştirak edir.