YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ötən ay ARDNŞ dövlət büdcəsinə 146 milyon 116 min manat vəsait ödəyib

Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən sentyabrda dövlət büdcəsinə 146 milyon 116 min manat vəsait ödənilib.

ARDNŞ-in mətbuat xidmətindən verilən məlumata görə, bu rəqəm 2013-cü ilin sentyabr ayı ilə müqayisədə 10 milyon 938 min manat və ya 108,1 faiz çoxdur. Ümumiyyətlə, cari ilin yanvar-sentyabr aylarında ARDNŞ dövlət büdcəsinə 1 milyard 412 milyon 857 min manat vəsait ödəyib ki, bu göstərici də ötən ilin müvafiq dövrü ilə müqayisədə 227 milyon 765 min manat və ya 119,2 faiz çoxdur.

Sentyabrda ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 11 milyon 644 min manat vəsait köçürüb. Cari ilin yanvar-sentyabr aylarında isə şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 107 milyon 547 min manat təşkil edib.