Xəbərlər
Hava Hücumundan Müdafiə bölmələri “OSA” zenit-raket komplekslərindən döyüş atışlarını yerinə yetiriblər
Azərbaycan Respublikası müdafiə nazirinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq, müxtəlif təlim mərkəzlərində hava hücumundan müdafiə bölmələrinin taktiki təlimləri keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, təlimlərdə hava hücumundan müdafiə bölmələri “OSA” zenit-raket komplekslərindən döyüş atışlarını icra ediblər.