YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Silahlı Qüvvələrimizin nümayəndələri Sülhü dəstəkləmə əməliyyatlarının planlaşdırılması üzrə təlim keçəcəklər

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri Sülhü dəstəkləmə əməliyyatlarının planlaşdırılması və qiymətləndirilməsi üzrə təlim kursunda iştirak edəcəklər.

Oktyabrın 12-dən 17-dək Almaniyanın Ellvaqen şəhərində "Müxtəlifliyə uyğunlaşma: Dil təlimi ilə bağlı təkmilləşmiş yanaşma" mövzusunda seminar keçiriləcək. Oktyabrın 13-dən 17-dək İstanbul şəhərində Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi və Türkiyə Hərbi Dənizçilik Məktəbi arasında müəllim mübadiləsi, 13-dən 24-dək Çexiyanın Vışkov şəhərində Sülhü dəstəkləmə əməliyyatlarının planlaşdırılması və qiymətləndirilməsi üzrə təlim kursu, İstanbul şəhərində Funksional vəzifələr üzrə təlim, 14-dən 18-dək İstanbul şəhərində NATO kollektiv regional təliminin (REGEX-14) 7-ci planlaşdırma görüşü keçiriləcək.

Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.