YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pərvin Kərimzadə: Birgəyaşayış ənənələri ölkəmizin mədəni müxtəlifliyinin göstəricisidir

“Multikulturalizm əsrlərboyu Azərbaycanda yaşayan, müxtəlif dillərdə danışan, ayrı-ayrı etnoslara və onların adət-ənənələrinə mənsub, fərqli inanc sisteminə və dinlərə malik bütün insanların dinc və mehriban şəraitdə birgəyaşayışını şərtləndirən anlayışdır. Məhz sabit gələcəyin və inkişafın şərti olan birgəyaşayış ənənələri həm də ölkəmizin mədəni müxtəlifliyinin göstəricisidir”. Bu fikirləri Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.

Pərvin Kərimzadə bildirib ki, əsrlərlə ölkəmizdə yaşayan millətlərin birgəyaşayışında, eləcə də müdrik ədiblərin və filosofların əsərlərində əks olunan multikulturalizm və tolerantlıq ilə eyni mənanı ifadə edən fikirlər ilk dəfə Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq fəlsəfəsində özünün siyasi həllini tapıb. Bu gün Prezident İlham Əliyev tərəfindən dövrün qlobal çağırışlarına uyğun istiqamətləndirilən, müstəqillik yollarında inamla, qətiyyətlə və ləyaqətlə irəliləyən gənc müstəqil Azərbaycan Respublikasının daxili və xarici siyasətinin əsas prioritetlərindən biri kimi multikulturalizm və tolerantlıq bütün dünyada siyasi dəstək və şöhrət qazanıb.

“İndi Azərbaycanın nümunə kimi nəzəri və praktik olaraq irəli sürdüyü multikulturalizm və tolerantlıq modelini qlobal miqyasda təbliğ etmək, bu cür təşəbbüsün bəşəriyyətdə sülhə, birgəyaşayışa, siyasi-iqtisadi və mədəni tərəqqiyə mane olan ksenofobiyaya, ayrı-seçkiliyə, irqçiliyə, islamofobiyaya və antisemitizmə alternativ olaraq göstərmək, eləcə də bütün insanları bu ideya ətrafında birləşməyə dəvət etmək lazımdır”, - deyə P.Kərimzadə vurğulayıb.