YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Minskdə səfərdədir

Oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Belarus Respublikasının paytaxtı Minskə səfərə gəlib.

MDB-nin iştirakçısı olan ölkələrin dövlət bayraqlarının dalğalandığı Minsk Milli Aeroportunda Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyevi yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşıladılar.