YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Sahibə Qafarova: Azərbaycanla Xorvatiyanın münasibətləri hər iki ölkənin qarşılıqlı maraqları əsasında uğurla inkişaf edir

«Azərbaycan Prezidenti İlham Əliyevin bu günlərdə Xorvatiya Respublikasına baş tutan səfəri kifayət qədər məhsuldar keçib. Səfər çərçivəsində dövlətimizin başçısının Xorvatiya Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçlə keçirdiyi görüş, aparılan müzakirələr və imzalanan sənədlər iki ölkə arasında münasibətlərin inkişafına xidmət edir». Bu fikirləri Milli Məclisin deputatı Sahibə Qafarova deyib.

S.Qafarova bildirib ki, Azərbaycanla  Xorvatiyanın münasibətləri hər iki ölkənin qarşılıqlı maraqları əsasında uğurla inkişaf edir. Onun sözlərinə görə, Xorvatiya və Azərbaycan arasında strateji tərəfdaşlıq əlaqələri var, bu əlaqələr genişlənir və güclənir.

«Təsadüfi deyil ki, həm Azərbaycan Prezidenti İlham Əliyev, həm də Xorvatiya Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç mətbuata verdikləri bəyanatlarında iki dost ölkə arasında kifayət qədər fəal siyasi dialoq qurulmasından məmnunluqlarını bildiriblər. Prezident İlham Əliyevin Xorvatiyaya səfəri çərçivəsində keçirilən görüşlərdə, eləcə də prezidentlərin bəyanatlarında iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın dərinləşdirilməsinin zəruriliyi xüsusi olaraq nəzərə çatdırılıb. Hazırda iqtisadi əməkdaşlıqla bağlı Azərbaycan ilə Xorvatiya arasında qarşılıqlı komissiya fəaliyyət göstərir. Sözügedən komissiyanın son iclası Bakıda keçirilib. Komissiyanın fəaliyyətinin əsas məqsədi ikitərəfli layihələr irəli sürməkdən, onları həyata keçirməkdən ibarətdir. Səfər çərçivəsində imzalanmış sənədlər ölkələr arasında ticarət dövriyyəsinin artırılmasına, müştərək investisiya layihələrinin icrasına imkan yaradacaq. Azərbaycan ilə Xorvatiya arasında aparılmış danışıqlar ölkələr arasında əczaçılıq, kənd təsərrüfatı, kənd təsərrüfatı məhsullarının emalı, gəmiqayırma və digər istiqamətlər üzrə iqtisadi əməkdaşlıq əlaqələrinin genişlənməsinə şərait yaradacaq. Bütövlükdə, iki ölkə arasında münasibətlər yüksələn xətlə inkişaf edir»-deyə, deputat qeyd edib.

 

DİGƏR Xəbərlər Arxiv