YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Xırdalan şəhərində yaradılan “Park Abşeron” əyləncə mərkəzinin açılışında iştirak edib

Oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xırdalan şəhərində yaradılan “Park Abşeron” əyləncə mərkəzinin açılışında iştirak edib.

Artıq ölkəmizin regionlarında da əhalinin istirahətinin təşkili istiqamətində mühüm layihələr həyata keçirilir. Xırdalanda yaradılan yeni “Park Abşeron” əyləncə mərkəzi də öz dizaynına, memarlıq quruluşuna görə şəhərin simasına xüsusi yaraşıq verir. İndi Xırdalan şəhərinin mənzərəsinin maraqlı elementinə çevrilən bu modern əyləncə mərkəzində yaradılan şəraitdən məqsəd ilk növbədə insanların mənalı istirahətini təşkil etmək, onlara mənəvi zövq yaşatmaqdır. Beləliklə, Xırdalan şəhərində daha bir maraqlı ticarət və istirahət məkanı bundan sonra sakinlərin istifadəsində olacaq.

Dövlətimizin başçısına məlumat verildi ki, 1400 kvadratmetr ərazisi olan əyləncə mərkəzində buz meydançası yaradılıb. Bu da həm uşaqlar, həm də gənclər üçün maraqlı istirahət imkanı yaradır. Bundan əlavə, mərkəzdə 3D sinema, kafe, 3D tir otağı, boulinq zalı fəaliyyət göstərir. Yay kafesinin də olduğu mərkəzdə yerli əhalinin və qonaqların istirahətinin təşkili üçün bütün imkanlar var.