YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Robert Laflin: Nobel mükafatı laureatlarının iştirakı ilə aparılan diskussiyalar Bakı Forumunun əhəmiyyətini daha da artırır

Bakı Beynəlxalq Humanitar Forumu Azərbaycanın nüfuzunun artmasına və inkişafına şərait yaradır.

Bu sözləri IV Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, Nobel mükafatı laureatı Robert Laflin deyib.

Bakının çox gözəl və müasir şəhər kimi diqqəti cəlb etdiyini bildirən R.Laflin vurğuladı ki, bu Forum Azərbaycan hökumətinin həm öz ölkəsinin, həm də başqa ölkələrin inkişafında maraqlı olduğunu göstərir. Forumda müxtəlif, bəzən ziddiyyətli fikirlər, ideyalar irəli sürülür, lakin müzakirələr nəticəsində qarşıya qoyulmuş məsələlərin obyektiv həlli yolları üzə çıxır. Nobel mükafatı laureatı daha sonra qeyd etdi ki, “Davamlı inkişaf və ekoloji sivilizasiya” mövzusundakı “dəyirmi masa”da müzakirələr də bu baxımdan xarakterikdir.

“Gənc müstəqil bir dövlətin belə möhtəşəm tədbirə ev sahibliyi etməsi böyük göstəricidir və Nobel mükafatı laureatlarının iştirakı ilə aparılan diskussiyalar tədbirin əhəmiyyətini daha da artırır”, - deyə R.Laflin əlavə etdi.