YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İlham Məmmədov: Uğurlu sosial-iqtisadi siyasət ölkəmizin hərtərəfli inkişafına xidmət edir

«Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkəmizdə bütün sahələrdə mühüm uğurlar əldə olunub. Ölkə iqtisadiyyatının perspektivləri ilə bağlı proqnozlar verən beynəlxalq qurumların qənaəti budur ki, ayrı-ayrı sahələrdə həyata keçirilən tədbirlər nəticəsində qarşıdakı dövrdə də Azərbaycanda dayanıqlı iqtisadi inkişaf təmin ediləcək və yeni nailiyyətlər əldə olunacaq”. Bu fikirləri Milli Məclisin deputatı İlham Məmmədov deyib. 

İ.Məmmədov bildirib ki, Azərbaycanda uğurlu sosial-iqtisadi siyasət həyata keçirilir və bu, ölkəmizin hərtərəfli inkişafına xidmət edir.

«Beynəlxalq reytinq agentliklərinin hesabatları ölkəmizin iqtisadi sahədə əldə etdiyi nailiyyətləri əks etdirir və Azərbaycanın dinamik inkişafa malik olduğunu, iqtisadi sahədə çox mühüm nailiyyətlər əldə etdiyini nümayiş etdirir. “Moody’s” reytinq agentliyinin 2019-cu ildə Azərbaycanda iqtisadi artım templərinin sürətlənəcəyinə dair proqnozu da bunun bariz nümunəsidir» - deyə, deputat qeyd edib.