YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ATƏT-in media azadlığı məsələləri üzrə nümayəndəsi Azərbaycana səfər edəcək

ATƏT-in media azadlığı məsələləri üzrə nümayəndəsi Arlem Dezir yaxın vaxtlarda Azərbaycana səfər edəcək.

Bu sözləri Arlem Dezir jurnalistlərə açıqlamasında söyləyib. O deyib: “Yaxın vaxtlarda Cənubi Qafqaz ölkələrinə səfərim çərçivəsində Azərbaycana gedəcəyəm. Məqsədim Cənubi Qafqaz ölkələrində, eləcə də Azərbaycanda söz və mətbuat azadlığının vəziyyəti ilə yerində tanış olmaqdır”.

A.Dezir deyib ki, ATƏT-in Tbilisidə keçirilən "Cənubi Qafqaz regionunda media azadlığı" adlı 15-ci beynəlxalq konfransında azad mətbuatın, peşəkar jurnalistikanın inkişafı barədə müxtəlif fikirlər səsləndirildi. “Səfər çərçivəsində konfransda qəbul olunmuş tövsiyələrin icrası, həm də KİV-lərin vəziyyəti ilə yerindəcə tanış olacağam”, - deyə o vurğulayıb.