YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in deputatı: Ölkəmiz Avropa İttifaqı üçün etibarlı, strateji tərəfdaşdır

«Azərbaycan Avropaya uğurla inteqrasiya edir.  Azərbaycan Prezidentinin Brüsselə səfəri bir daha göstərdi ki, ölkəmizin beynəlxalq müstəvidə nüfuzu  ildən-ilə yüksəlir». Bu fikirləri  Milli Məclisin deputatı Rüfət Quliyev deyib.

R.Quliyev bildirib ki, Avropa İttifaqı ilə Azərbaycan arasında «Tərəfdaşlıq prioritetləri» sənədinin paraflanması inteqrasiya prosesinin daha da genişləndirilməsinə yeni imkanlar açacaq. Onun sözlərinə görə, sənəddə ölkəmizin ərazi bütövlüyünün dəstəklənməsi mühüm amildir.

«Azərbaycanın  Avropa İttifaqı  ölkələri ilə ikitərəfli münasibətləri daha da inkişaf etməkdədir. Səfər çərçivəsində keçirilən mühüm tədbirlərdə də qeyd olundu ki, Azərbaycan dünyada mədəniyyətlərarası dialoqun inkişafına əhəmiyyətli töhfə verir. Avropa İttifaqı Azərbaycanın dünyəvi və müasir cəmiyyət quruculuğu sahəsində müsbət təcrübəsini yüksək qiymətləndirir. Ölkəmiz Avropa İttifaqı üçün etibarlı, strateji tərəfdaşdır. Azərbaycan hər zaman üzərində götürdüyü bütün öhdəlikləri yüksək səviyyədə yerinə yetirir. Avropa Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən mühüm layihələrdən yararlanır. Azərbaycanla Avropa İttifaqı arasında imzalanan “Tərəfdaşlıq prioritetləri” sənədi Avropa İttifaqının Azərbaycana münasibətini ortaya qoyaraq ölkəmizin Avropanın enerji təhlükəsizliyindəki rolunun artdığını təsdiqləmiş oldu»-deyə, deputat vurğulayıb.