YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Nəsirov: Terrorçuluqa qarşı mübarizədə qlobal birlik nümayiş olunmalıdır

«Preziden İlham Əliyev 3 iyul və 10 iyul tarixlərində Gəncədə törədilmiş mütəşəkkil cinayət əməllərini məhz terror aktları kimi qiymətləndirmiş, hədəfində dövlətçiliyimizin dayandığını vurğulamışdır. Heç şübhəsiz, cənab Prezidentin Gəncə iğtişaşlarına və onun nəticələrinə verdiyi obyektiv qiymət terror fenomeni ilə bağlı elmi mülahizə və müzakirələrin aktuallığını daha da artırmışdır». Bu fikirləri  Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirov deyib.

E.Nəsirov bildirib ki, terror aksiyası prosesi adi cinayət əməli ilə də müşayiət oluna bilər. Eyni zamanda cinayətkar elementlər terror taktikasından da istifadə edə bilərlər. Burada bir nüansı nəzərdən qaçırmaq olmaz. Cinayətkarlıq şəxsi maraqların təminatına xidmət edir. Bu halda terror taktiki vasitə kimi ikinci dərəcəli rol oynayır və əsas məqsədin reallaşmasına- zənginlənməyə, varlanmağa xidmət edir. Terrorçular isə, hər şeydən əvvəl, siyasi məqsədlərinə çatmaq üçün, məsələn, bu və ya digər təşkilata mənsub olan məhbusların azad olunmasında, bu və ya digər məsələdə mövqelərini dəyişmək üçün hakimiyyətə təzyiq göstərilməsində və s. zorakılıqdan istifadə edirlər. Onu da qeyd edək ki, adi cinayətkarlardan fərqli olaraq terrorçular əksər hallarda cinayətlərini gizlətmir və törətdikləri qanunazidd əməllərə görə məsuliyyəti öz üzərlərinə götürərək daha geniş ictimai rezonansa nail olurlar.
«Eyni fikirləri terrorizm ilə müharibə və ya terrorçuluq ilə milli-azadlıq hərəkatı arasında bərabərlik işarəsi qoyulması ilə bağlı cəhdlər haqqında da söyləmək olar. Onları birləşdirən ümumi cəhət hər birinin siyasi zorakılığın müxtəlif formaları olmasıdır. Ayıran fərqli cəhət isə ondadır ki, istənilən hərbi münaqişədə tərəflərin mübarizəsi, hər şeydən əvvəl, mülki əhaliyə qarşı deyil, hərbi birləşmələrə qarşı aparılır. Terrorçular üçün isə əsas hədəf məhz mülki əhalidir»-deyən, millət vəkili əlavə edib ki,terrorçular kütlədən kənarda fəaliyyət göstərir, onların törətdikləri qanlı terror aktları əhali tərəfindən müdafiə olunmur.
«Terrorçuluqun mahiyyəti ilə bağlı araşdırmalar onun aşağıdakı özünəməxsus xüsusiyyətlərini göstərməyə imkan verir. Birincisi, praktiki olaraq bütün mütəxəssislər hesab edirlər ki, terrorçuluq, hər şeydən əvvəl, mütəşəkkil zorakılığın formalarından biridir. İkincisi, terrorçuluq-gücün siyasi məqsədlərlə istifadəsidir, başqa sözlə, o, siyasi zorakılığın spesifik formasıdır. Üçüncüsü, terror aksiyaları daha geniş ictimai rezonans üçün hesablanır. Nə qədər paradoksal görünsə də, bu bir həqiqətdir ki, terror aksiyasında əsas məqsəd konkret şəxsə və ya topluma fiziki ziyan vurmaq deyil, cəmiyyətdə qorxu və xaos aşılamaqla planlarının realizə olunması üçün maksimum əlverişli şəraiti təmin etməkdən ibarətdir. Beləliklə, terror aksiyasında üç müxtəlif tərəf iştirak edir. Birincisi, terror aksiyasını törədən tərəfdir. İkincisi, bu aksiyanın qurbanı və ya qurbanlarıdır; üçüncüsü isə, qorxudulan və ya sonrakı davranışı zorla müəyyənləşdirən tərəfdir. Terrorçuluqun beynəlxalq aləmə məlum olan əsas xüsusiyyətlərinin yuxarıdakı təqdimatı bir daha təsdiqləyir ki, Gəncə şəhərində məhz terror aktları törədilmişdir. Qlobal təhdid və çağırışlardan ən təhlükəlisi qarşısında- terrorçuluqla mübarizədə vahid orqanizmin-sivil dünyanın immuniteti gücləndirilməlidir. Terrorçuluqa qarşı mübarizədə qlobal birlik nümayiş olunmalıdır. Deməli, eyni məntiqlə də Gəncədə törədilmiş terror aktlarına münasibətdə beynəlxalq ictimaiyyətin susqun deyil, obyektiv və yekdil movqeyi ortaya qoyulmalıdır. Azərbaycan ictimaiyyətinin belə bir ədalətli mövqeyi gözləməyə haqqı vardır»-deyə, E.Nəsirov vurğulayıb.