YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in deputatı: Sabitlik, inkişaf, tolerantlıq müstəqil ölkəmizin ən böyük sərvətidir

«Sabitlik, inkişaf, tolerantlıq müstəqil ölkəmizin ən böyük sərvətidir». Bu fikri Milli Məclisin deputatı Şahin İsmayılov deyib.

Ş.İsmayılov bildirib ki, bu sərvətə göz dikənlərin heç birinə güzəşt olunmamalıdır. Dövlətimizə, dövlətçiliyimizə, birliyimizə qarşı çıxanlar qanun qarşısında cavab verməlidirlər.

«Bəzi qüvvələr Gəncədə cinayət törədənlərin əməllərinə dini amillə əlaqələndirməyə çalışırlar. Ancaq onu unudurlar ki, bu cəfəngiyata onların özlərindən başqa heç kim inanmır. Çünki ölkəmizdə dinlərarası münasibətlər olduqca yüksək səviyyədədir. İslam dini sülh dinidir və ölkəmizdə dini radikalizmə yer yoxdur. Azərbaycan dünyada tolerantlıq nümunəsi kimi göstərilir, hər kəs dini azadlıq hüququna malikdir. Təsadüfü deyil ki, radikalların, terrorçuların əməllərini ən kəskin şəkildə qınayan və lənətləyən Azərbaycan vətəndaşlarının sırasında din xadimlərimiz də çox fəaldırlar»-deyə, deputat qeyd edib.