Xəbərlər
Yeni quyudan sutkada 630 min kubmetr qaz hasil olunacaq
![](http://yap.az/thumb.php?src=http://yap.az/upload/images/3072be07d697a24c47873d8d5057d746.jpg&w=360)
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Qalmaz” qaz anbarları sahəsində 636 nömrəli quyu qazmadan sonra istismara verilib.
ARDNŞ-in mətbuat xidmətindən bildiriblər ki, “Azneft” İstehsalat Birliyinin sifarişi əsasında kompleks qazma işləri tresti tərəfindən məhsuldar qatın üçüncü lay dəstəsinə qazılan quyu 2003-1995, 1985-1977 metr intervalından sutkada 630 min kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul olunub.