YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Hacıyev: BMT Baş Assambleyasında Ermənistan bir daha qeyri-konstruktiv mövqeyini ortaya qoydu

«BMT Baş Assambleyasının 69-cu sessiyasında bu dəfə də Ermənistan bir daha qeyri-konstruktiv mövqeyini ortaya qoydu. Sessiyada Sarkisyan tərəfindən beynəlxalq hüququn prinsiplərinin, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini təhrif edən bir sıra məqamlar qeyd olundu ki, ölkəmiz bu çıxışlara tutarlı cavablar verdi». Bu fikirləri Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki, BMT TŞ-nin qəbul etdiyi 4 qətnaməyə əsasən ermənilərin işğal etdikləri ərazilərdən qoşunları qeyri-şərtsiz çıxarmalıdır. Onun sözlərinə görə, buna baxmayaraq məqsədyönlü şəkildə Sarkisyan tərəfindən bu kimi məqamlara diqqət yetirilmir, əksinə 5-ci və 10-cu məqamlar gündəliyə gətirilərək qətnamələrin mahiyyətinin aşağı salınması kimi cəhdlərə yol verilir.

«Təbii ki, buna heç kimin hüququ yoxdur. Ümumilikdə götürsək gündəlikdə duran məsələlərin inkişafı baxımından Azərbaycan tərəfindən yeni fikirlər səsləndirildi»- deyə, H.Hacıyev qeyd edib.