YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ann Brasör: Üzv ölkələrin ərazi bütövlüyünə hörmət Avropa Şurasının əsas prinsiplərindən biridir

Avropa Şurasına üzv ölkələrin ərazi bütövlüyünə hörmət edilməsi qurumun müdafiə etdiyi əsas prinsiplərdən biridir. Bunu Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sədri Ann Brasör qurumun payız sessiyasının birinci iş günü keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağla bağlı sualı cavablandırarkən deyib./Trend/

Onun sözlərinə görə, hər bir ölkə bilməlidir ki, onun ərazi bütövlüyü qorunur və hörmət olunur.

A.Brasör qeyd edib ki, AŞ PA-da Azərbaycan və Ermənistan parlament nümayəndələrinin görüşməsi vacib şərtdir: "Məndən əvvəlki sədr Jan-Klod Minyon iki ölkənin nümayəndələrini bir araya gətirməyə nail olmuşdu. Amma mən buna nail ola bilmədim. Nümayəndə heyətləri bundan imtina etdilər. Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında görüşlərin təşkili, deyərdim ki, mümkünsüzdür".