YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dünya İqtisadi Forumunun qlobal rəqabətqabiliyyətlilik indeksində Azərbaycan daha bir pillə irəliləyib

Türkiyənin İstanbul şəhərində "Regional inkişaf üçün əlavə imkanların yaradılması" mövzusunda Dünya İqtisadi Forumu keçirilir. Sentyabrın 28-də işə başlayan forumda Azərbaycanı maliyyə naziri Samir Şərifov təmsil edir.

Maliyyə Nazirliyindən verilən məlumata görə, tədbirdə 70 ölkədən 500-dən çox yüksək vəzifəli dövlət və hökumət rəsmiləri, iş adamları, beynəlxalq maliyyə institutları və vətəndaş cəmiyyəti nümayəndələri, tanınmış alim və ekspertlər iştirak edirlər. Forum çərçivəsində “Enerji dünyasının dəyişən şəkli: bölgənin yeni inkişaf hədəfləri”, “Fiziki və rəqəmsal infrastrukturun gələcəyi” mövzularında sessiyalar təşkil olunub.

Məlumatda, həmçinin qeyd edilir ki, ölkəmizdə iqtisadi sahədə həyata keçirilən uğurlu islahatlar Dünya İqtisadi Forumu tərəfindən də izlənilir, hesabatlarda daim öz əksini tapır. Azərbaycan Dünya İqtisadi Forumunun bu günlərdə açıqlanan “Qlobal rəqabətqabiliyyətlilik 2014-2015” hesabatında daha bir pillə irəliləyərək 144 ölkə arasında 38-ci yerə yüksəlib.