YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Asəf Hacıyev: «Elm haqqında» qanun layihəsi elə bir sənəddir ki, geniş müzakirə edilməlidir

«Milli Məclisin payız sessiyasının iş planına «Elm haqqında» qanun layihəsi də daxildir. Artıq layihənin ilkin variantı hazırdır». Bu sözləri yap.org.az saytına Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Asəf Hacıyev deyib.

A.Hacıyev bildirib ki, payız sessiyasında sənədin müzakirəyə çıxarılması nəzərdə tutulur. Onun sözlərinə görə, ölkənin elm ictimaiyyəti bu qanunun qəbulunu gözləyir.

«Təbii ki, layihə AMEA-da da müzakrə olunacaq. Bu elə bir sənəddir ki, geniş müzakirə edilməlidir. Yəqin müzakirələrin gedişində qanun layihəsinə müxtəlif təkliflər də veriləcək. Ümumiyyətlə,  elm və təhsil bir-birinə sıx əlaqədardır. Elə bir ailə yoxdur ki, bu sahələrlə bağlılığı olmasın. Ona görə də, bu, çox vacib sənəddir.  Bilirsiniz ki, elmin inkişafı konsepsiyası qəbul olunub. Bunun ardınca, qanun layihəsinin qəbul edilməsi də yaxşı olardı. Artıq «Elm haqqında» qanun layihəsinin qəbul edilməsinin vaxtı yetişib. AMEA-nın aktiv rəhbərliy də var ki, elmin inkişafı istiqamətində uğurla fəaliyyət göstərir.  Bu mənada, ümid edirəm ki, layihə parlamentin payız sessiyasının müzakirəsinə çıxarılacaq»- deyə, A.Hacıyev vurğulayıb.