YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Nəsirov: Həmsədrlər münaqişənin həlli ilə bağlı müəyyən taktiki gediş əldə etməyə çalışırlar

«ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müəyyən taktiki gediş əldə etməyə çalışırlar. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun BMT Baş Məclisinin 69-cu sessiyasında iştirakı çərçivəsində Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla bir araya gəlməsi növbəti mərhələdə prezidentlər səviyyəsində görüşün keçirilməsinə hesablanıb».  Bu fikirləri YAP-ın Beynəlxalq əlaqələr komissiyasının katibi, politoloq Elman Nəsirov deyib.

E.Nəsirov bildirib ki, prezidentlərin görüşü zamanı Fransa tərəfi yeni təkliflərlə çıxış edə bilər. Onun fikrincə, burada yeni məqamların olacağı istisna deyil.

«Bu nöqteyi-nəzərdən düşünürəm ki, BMT Baş Məclisinin 69-cu sessiyası çərçivəsində Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün təşkil edilməsi, nəticə etibarilə həm də ona xidmət edir ki, münaqişənin müharibəyə çevrilməsi imkanları məhdudlaşsın. Xüsusilə bu ilin iyul ayının sonu, avqust ayının əvvəllərində Ermənistan-Azərbaycan sərhəddində və təmas xəttində baş verən məlum hadisələr həmsdərləri xeyli silkələdi. Onlar prezidentlər və XİN rəhbərləri səviyyəsində təmaslar mümkün qədər çox olmasına  hər vəchlə çalışırlar. Bu təmaslar münaqişəni həll etməsə belə, ən azından onun müharibəyə çevrilməsinin qarşısını alır»- deyə, politoloq qeyd edib.