YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

IDEA Heyvanlara Qayğı Mərkəzində sahibsiz itlərin sterilizasiyası üzrə daha bir aksiya keçiriləcək

İyunun 8-14-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və IDEA Heyvanlara Qayğı Mərkəzi İctimai Birliyinin təşkilatçılığı ilə Bakıda, xüsusən də Balaxanı qəsəbəsindəki sahibsiz itlərin kütləvi sterilizasiya edilməsi, peyvəndlənməsi, birkalanması və müalicəsi üzrə növbəti aksiya keçiriləcək.

IDEA İctimai Birliyindən bildiriblər ki, tədbirdə Almaniyadan ölkəmizə könüllü əsaslarla səfər etmiş baytar həkimlər iştirak edəcək. Aksiya IDEA Heyvanlara Qayğı Mərkəzinin baytarlıq klinikasında keçiriləcək.

Bakı və onun ətraflarında sahibsiz ev heyvanlarının populyasiyasının sürətlə artması bir çox problemlərə səbəb olur, o cümlədən insanların və heyvanların sağlamlığı üçün təhlükə yaradır. Qeyd edilməlidir ki, bir dişi it və onun balaları cəmi 7 il ərzində dünyaya 67000-ə qədər bala gətirə bilər.

Bir çox ölkələrdə tətbiq edilən CVNR üsulu (tut-axtala-peyvəndlə-burax) sahibsiz küçə heyvanlarının sayının tənzimlənməsi və rifahının təmin edilməsinin ən effektiv və humanist yoludur. Buna görə, IDEA Heyvanlara Qayğı Mərkəzi fəaliyyətə başladığı gündən heyvanların intensiv sterilizasiyası və peyvəndlənməsi ilə məşğuldur ki, bununla həmin heyvanların nəzarətsiz çoxalması və quduzluğa yoluxmasının qarşısı alınmış olur.

Məlum olduğu kimi, Bakı şəhərinin Balaxanı qəsəbəsi küçə itlərinin ən sıx olduğu ərazidir. Bu baxımdan, təşkil edilən aksiya zamanı əsasən bu ərazilərdə mövcud olan itlər sterilizasiya ediləcək.