YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aydın Hüseynov: Azərbaycanın iqtisadi potensialının böyük bir hissəsi ölkənin regionlarında cəmləşib

«Azərbaycanın iqtisadi potensialının böyük bir hissəsi ölkənin regionlarında cəmləşib. Məlumdur  ki, respublika əhalisinin yarıdan çoxu bölgələrdə məskunlaşıb. Regionlarda yaşayan insanlar isə tarixən torpağa bağlı olub və bölgələrdə aqrar sektorun müxtəlif istiqamətləri üzrə zəngin ənənələr formalaşıb». Bu fikirləri Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

A.Hüseynov bildirib ki, son illərdə ölkənin sənaye xəritəsi paytaxt Bakıdan, digər iri şəhərlərdən regionlara doğru genişlənir. Onun sözlərinə görə, respublikamızda regionların inkişafı, bölgələrdə yaşayan insanların güzəranının, həyat səviyyəsinin yaxşılaşdırılması, fəal məşğul əhalinin əmək bazarına çıxış imkanlarının artırılması, kommunal rahatlıqlarla təminatın yüksəldilməsi dövlət siyasətinin prioritetləri kimi müəyyənləşdirilib.
«Qarşıya qoyulan strateji vəzifələrin yerinə yetirilməsi - bütün ölkə boyu tarazlı inkişafın təmin edilməsi məqsədilə Prezident İlham Əliyevin müvafiq fərmanları ilə təsdiqlənən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində genişmiqyaslı tədbirlər reallaşdırılır. Bölgələrin investisiya təminatının gücləndirilməsi, müasir infrastruktur quruculuğu, aqrar sektorda yeni yanaşmaların tətbiqinə “yaşıl işıq” yandırılması, gəlirli və əmək tutumu böyük olan sahələrin inkişafının təşviq edilməsi, fermerlərə maddi və siyasi dəstək tədbirlərinin artırılması belə tədbirlərdəndir. Dövlət proqramları çərçivəsində nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi üçün səmərəli icra mexanizmi tətbiq olunur, yeni layihələrin yüksək səviyyədə reallaşdırılmasına ciddi nəzarət olunur, irəli sürülən təşəbbüslər dəyərləndirilir. Bu baxımdan Prezident İlham Əliyevin regionlara mütəmadi hal alan səfərlərinin önəmini xüsusi qeyd etmək lazımdır. Dövlət başçısının bu səfərləri izsiz ötüşmür. Prezident İlham Əliyev bölgələrdə geçirdiyi çoxsaylı görüşlərdə ilk növbədə əmək kollektivlərinin, ictimaiyyətin nümayəndələrinə üz tutur, onları narahat edən məsələlərlə maraqlanır. Dövlət başçısının  dünən Goranboy və Naftalana etdiyi səfər də bu baxımdan əhəmiyyətlidir. Bu fakt bir daha göstərir ki, regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin xüsusi diqqət mərkəzindədir»-deyə, deputat vurğulayıb.