Xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın Həştərxan şəhərinə işgüzar səfərə gəlib
![](http://yap.az/thumb.php?src=http://yap.az/upload/images/68d95231965973b04ff9e7e3c69f4e30.jpg&w=360)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xəzəryanı ölkələrin dövlət başçılarının IV Sammitində iştirak etmək üçün sentyabrın 29-da Rusiyanın Həştərxan şəhərinə işgüzar səfərə gəlib.
Həştərxan şəhərinin Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevi yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşıladılar.