Xəbərlər
Asiya İnkişaf Bankının Direktorlar Şurası Azərbaycana dair strategiyanı təsdiqləyib
![](http://yap.az/thumb.php?src=http://yap.az/upload/images/a2963e0c6571a250b0443ad7d5954a73.jpg&w=360)
Asiya İnkişaf Bankının Direktorlar Şurası bazar ertəsi Azərbaycan ilə yeni əməkdaşlıq strategiyasını təsdiqləyib. Bu barədə Trend-ə bankdan məlumat verilib. Strategiya 2014-cü ildən 2018-ci ilədək olan dövrü əhatə edir.
Bankın məlumatında bildirilir: "AİB-in Azərbaycana strateji yanaşması nəqliyyat, energetika, su və digər şəhər kommunikasiya və xidmətlərinin təmin olunması sahəsində infrastruktur layihələrin həyata keçirilməsindən ibarətdir. Səmərəli infrastruktur qeyri-neft sektorunun inkişafı üçün yeni imkanların yaradılması və mövcud olanların inkişaf etdirilməsinə, yeni bazarlara çıxışı genişləndirməyə, o cümlədən rayon mərkəzlərində və kənd yerlərində məhsuldarlıq göstəricilərini artırmağa imkan verir".
Strategiya Azərbaycan hökumətinin tərtib etdiyi iqtisadi inkişaf planları nəzərə alınmaqla hazırlanıb. Bundan başqa, AİB 2014-cü ildən 2017-ci ilə qədər olan dövrdə ölkəyə müxtəlif sahələrdə layihələrin reallaşdırılması üçün 752 milyon dollar vəsait ayıracaq.