YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Türkiyə və Azərbaycan Şərqlə Qərbi birləşdirən enerji dəhlizi yaradıblar

Türkiyə və Azərbaycan regionda birgə layihələr həyata keçirərək Şərqlə Qərbi birləşdirən enerji dəhlizi yaradıblar. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib. Bu barədə Trend Türkiyə mətbuatına  istinadən xəbər yayıb.

Onun sözlərinə görə, belə layihələrin əyani nümunəsi Bakı-Tbilisi-Qars dəmir yolu və Bakı-Tbilisi-Ceyhan neft kəməridir.

Ərdoğan qeyd edib ki, hazırda həyata keçirilən TANAP layihəsi dünyanın enerji təhlükəsizliyinin təmin olunması üçün xüsusi əhəmiyyət kəsb edir.