YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aviasiya sahəsində səmərəli fəaliyyətinə görə bir qrup mülki aviasiya işçisi təltif edilib

Mayın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan mülki aviasiyasının 80 illiyi ilə əlaqədar olaraq, aviasiya sahəsində səmərəli fəaliyyətinə görə mülki aviasiya işçilərinin təltif edilməsi ilə bağlı sərəncamlar imzalayıb.

Sərəncamlara əsasən mülki aviasiya sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə 1 nəfərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü, aviasiya sahəsində səmərəli fəaliyyətinə görə 1 nəfərə “Əməkdar elm xadimi”, 8 nəfərə “Əməkdar pilot”, 3 nəfərə “Əməkdar mühəndis”, 5 nəfərə “Əməkdar müəllim”, 2 nəfərə isə “Əməkdar həkim” fəxri adı verilib. Həmçinin 1 nəfər “Şöhrət” ordeni, 16 nəfər isə “Tərəqqi” medalı ilə təltif olunub.