YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Nəsirov: Azərbaycan Xalq Cümhuriyyəti dövrü Azərbaycanın şərəfli tarixidir

«Azərbaycan Xalq Cümhuriyyəti dövrü Azərbaycanın şərəfli tarixidir». Bu fikri Milli  Məclisin deputatı Elman Nəsirov deyib.

E.Nəsirov bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti xarici siyasət məsələlərinə xüsusi diqqət yetirirdi. Onun sözlərinə görə, istiqlaliyyətin qorunub saxlanılması daha çox xarici amillərlə bağlı idi.

«Birinci Dünya müharibəsinin getdiyi mürəkkəb beynəlxalq şəraitdə - iştirakçı ölkələrin Qafqaz və onun zəngin guşələrindən olan Azərbaycan uğrunda hərbi əməliyyatları genişləndirdiyi dövrdə Azərbaycanın dövlət müstəqilliyinin qorunması onun uğrunda mübarizələrdə yetişmiş siyasətçilərdən və dövlət xadimlərindən hər an dəyişən vəziyyətə uyğun çevik siyasi manevretmə bacarığı tələb edirdi. Azərbaycan diplomatiyasının bu çətin vəzifənin öhdəsindən gəlməsi üçün 1918-1920-ci illər ərzində təşkil olunmuş müxtəlif hökumət kabinetlərində Xarici İşlər Nazirliyinin möhkəmləndirilməsi və təşkilati strukturunun təkmilləşdirilməsinə böyük diqqət yetirilirdi. Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasətinin həyata keçirilməsində dövrünün ziyalıları, dünya siyasətinin sirlərinə bələd olan, çevik diplomatik bacarığa malik şəxslər yaxından iştirak ediblər. Həmçinin, insan hüquq və azadlıqlarının bərqərar olması, etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanınması, bir çox Avropa ölkələrindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, nizami milli ordunun, dövlətin vacib strukturlarının qurulması – bütün bunlar Cümhuriyyətin yürütdüyü siyasəti xarakterizə edir. 1991-ci ildə ikinci dəfə müstəqillik qazanan Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında və möhkəmlənməsində Ulu öndər Heydər Əliyevin xüsusi rolu olub. Prezident İlham Əliyev Ulu öndərin siyasi kursunu uğurla davam etdirir. Dövlətimizin başçısının 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi dövlətçilik tariximizə verilən ən böyük qiymətdir»-deyə, deputat qeyd edib.

DİGƏR Xəbərlər Arxiv