YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyavuş Novruzov: Bələdiyyə seçkilərində gənclərin və qadınların namizədliyinə üstünlük veriləcək

«Yeni Azərbaycan Partiyası qarşıdan gələn bələdiyyə seçkilərində gənclərin və qadınların namizədliyinə  üstünlük verəcək». Bu fikri YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

S. Novruzov bildirib ki, ötən seçkilərdə də partiya tərəfindən gənclərə  və qadınlara etimad göstərilib. Onun sözlərinə görə, hazırki seçkilərdə partiyanın həyatında aktivlik göstərənlərə üstünlük veriləcək.   

«Azərbaycanda bələdiyyə seçkilərinə start verilməsinə az müddət qalıb. Ölkəmizdə 1607 bələdiyyə var, həmin bələdiyyələrə də 13560 nəfər üzv seçilməlidir. YAP-ı təmsil edən gənclər hazırki bələdiyyə üzvlərinin təxminən 30 faizini təşkil edir. Təxminən, eyni göstərici qadınlara da aiddir. Biz növbəti seçkilərdə bu göstəricini daha da yüksəltmək niyətindəyik»- deyə, YAP İcra katibinin müavini vurğulayıb.