YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Arif Rəhimzadə: Bəzi beynəlxalq təşkilatlar əsassız olaraq Azərbaycanı tənqid hədəfinə çevirirlər

«Bəzi beynəlxalq təşkilatlar əsassız olaraq Azərbaycanı tənqid hədəfinə çevirirlər». Bu fikri Milli Məclisin Regional məsələlər komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü   Arif Rəhimzadə deyib.

A.Rəhimzadə bildirib ki, xüsusilə  Avropa Şurası və Avropa Parlamentindəki bəzi qüvvələr Azərbaycana qarşı qərəzli mövqe tutur. Onun sözlərinə görə, adıçəkilən qurumların ölkəmizdə gedən proseslərlə, eləcə də bələdiyyələrin fəaliyyəti ilə bağlı səsləndirdikləri iddialar reallığı əks etdirmir.

 «İddia edirlər ki, yerli idarəetmə orqanlarının fəaliyyəti ilə bağlı ciddi nöqsanlar var. Biz problemlərin olduğunu istisna etmirik. Ən ciddi problem odur ki, 1 milyondan artıq insanın, qaçqın və məcburi köçkünün ata-baba yurdları işğal altında olduğu üçün onların da yerli idarəetmə orqanları yoxdur. Həmin təşkilatlar niyə bu haqda danışmır? Bu, ədalətsizlikdir. Əslində, biz kimin kim olduğunu yaxşı bilirik. Ona görə də, belə əsassız tənqidlərdən narahat olmağa dəyməz»- deyə, komitə sədri vurğulayıb.