YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MDB dövlət başçılarının sammiti gələn ay Minskdə keçiriləcək

MDB dövlət başçılarının sammiti oktyabrın 10-da Minskdə keçiriləcək. Bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Moskvada MDB Təhlükəsizlik Şurası katiblərinin görüşündə deyib./Trend/

Onun sözlərinə əsasən, Minskdəki sammitdə təhlükəsizliyin təmin edilməsi sahəsində beynəlxalq əməkdaşlıq, xüsusilə MDB dövlətlərinin əməkdaşlığı məsələləri müzakirə olunacaq.

N.Patruşev qeyd edib ki, sammitdə yeni təhdidlərin yaranması, o cümlədən "İslam Dövləti" silahlılarının hədələri barədə fikir mübadiləsi aparılacaq.