YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mir Cəlal Paşayevin əziz xatirəsinə həsr edilmiş ikicildlik kitabın təqdimatı olub

Sentyabrın 26-da Bakı Dövlət Universitetində (BDU) görkəmli yazıçı, alim və pedaqoq, Əməkdar Elm Xadimi, professor Mir Cəlal Paşayevin əziz xatirəsinə həsr olunmuş ikicildlik kitabın təqdimatı mərasimi keçirilib.

Kitabın müəllifi və tərtibçisi filologiya elmləri doktoru, professor Teymur Əhmədov, redaktoru BDU-nun kafedra müdiri Ədibə Paşayevadır.

Tədbiri BDU-nun rektoru, akademik Abel Məhərrəmov açaraq Mir Cəlal Paşayevi istedadlı yazıçı, böyük müəllim, xeyirxah insan kimi xarakterizə edib və ədibin xatirəsinə həsr olunmuş ikicildliyin nəşrini yüksək qiymətləndirib.

Bildirilib ki, kitabın “Mir Cəlal: Həyatı, mühiti, ədəbi, elmi və pedaqoji fəaliyyəti” adlı birinci cildində Mir Cəlal haqqında müasirlərinin ədəbi-nəzəri düşüncələri və ədibə həsr olunmuş poetik nümunələr yer alıb.

“Nurlan” nəşriyyat poliqrafiya mərkəzi tərəfindən nəfis şəkildə çapdan buraxılmış bu kitabın ikinci cildi “Mir Cəlal: Ömrün mənalı anları” adlanır. Bu cilddə ədibin fotoşəkilləri, əlyazmaları və epistolyar irsi toplanıb.

Təqdimat mərasimində çıxış edənlər XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin ömür yolundan və bənzərsiz yaradıcılıq axtarışlarından geniş söhbət açıblar.

 

DİGƏR Xəbərlər Arxiv