YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zahid Oruc: Azərbaycan o səviyyədə deyil ki, xaricdən diqtə ilə hərəkət etsin

«İndiki şəraitdə QHT-lərin fəaliyyəti ilə bağlı dövlətin qəbul etdiyi qanunların tənqid edilməsi o anlama gəlir ki, zamanında ABŞ-a işləyən daxili qüvvələrin, qrupların və təşkilatların meydanı genişləndirilsin». Bu fikri Milli Məclisin deputatı Zahid Oruc deyib.

Z.Oruc bildirib ki, Barak Obamanın çıxışından çıxarılan nəticə belədir ki, ABŞ-ın bundan sonrakı dövrdə də demokratiyaya baxışlarının yalnız QHT-lərin fəaliyyətləri üzərində qurmaq olmayıb”.

 «Bu yöndə qanunların təkmilləşdirilməsində məqsəd QHT-lərin qeydiyyatının tənzimlənməsi, fəaliyyəti, maliyyə şəffaflığı, onların işinin cəmiyyətə çatdırılması və s idi. Ancaq, hüquq müdafiəçisi adı altında “xalq diplomatiyası” işi ilə məşğul olan QHT-lər casusluq yolunu tutmamalıdırlar. Belə mükəmməl qanunların qəbul edilməsini ABŞ-ın milli maraqlarına zərbə kimi dəyərləndirilməsi o qənaəti yaradır ki, daxildəki dayaqlar sarsıdıldıqca, xarici aləmdən ölkəmizə qarşı uğursuz təzyiq və təsirlərin olacağı gözləniləndir. Amma bütün bunlar əbəsdir. Azərbaycan o səviyyədə deyil ki, xaricdən diqtə ilə hərəkət etsin»- deyə, deputat qeyd edib.