YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xəzəryanı ölkələrin biznes-forumu Həştərxanda keçiriləcək

Sentyabrın 28-29-da Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistandan olan sahibkarlar beş Xəzəryanı dövlətin sənayesinin inkişafı ilə bağlı məsələləri müzakirə edəcəklər.

Forumda Xəzərin nəqliyyat infrastrukturunun inkişafı, müxtəlif sosial layihələr də gözdən keçiriləcək, Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqı ilə İran İşəgötürənlər Assosiasiyası arasında qarşılıqlı anlaşma barəsində memorandum imzalanacaq.

Biznes-forumda işgüzar məsələlərlə yanaşı, mədəniyyət proqramı da nəzərdə tutulub. Sentyabrın 28-də sahibkarlar Həştərxan rəsm qalereyasında məşhur heykəltəraş Zurab Seretelinin işlərindən ibarət sərgiyə tamaşa edəcəklər.