YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin deputatı: Şəffaf fəaliyyət göstərmək istəməyən QHT-lər ölkəmiz haqda dezinformasiyalar yayır

«Qeyri-hökumət təşkilatları Azərbaycanda normal fəaliyyət göstərir». Bu fikri Milli Məclisin deputatı Çingiz Qənizadə deyib.

Ç.Qənizadə bildirib ki, ABŞ prezidenti Barak Obama ona verilən dezinformasiyalar əsasında ölkəmiz haqqında qeyri-dəqiq fikirlər səsləndirib. Onun sözlərinə görə, ölkəmizdə guya QHT-lərin çətin fəaliyyət göstərməsi haqda dezinformasiyalar müxalifətyönlü QHT-lər vasitəsilə xaricə ötürülür.

«O QHT-lər ki, cəmiyyətimiz, qanunlarımız, yoxlayıcı orqanlarımız və s. üçün açıqdır hesab edirəm ki, Azərbaycanda onlar üçün hər bir şərait yaradılıb. Mən də QHT-lərdən birinin rəhbəriyəm. Amma bəzi QHT-lər var ki, qanunlara  edilmiş dəyişikliklər həmin şəxslərə sərf etmədi. Çünki dəyişikliklər şəfaflığın təmin olunmasına xidmət edir. Şəffaf fəaliyyət göstərmək istəməyən QHT-lər isə ölkəmiz haqda dezinformasiyalar yayır»- deyə, Ç.Qənizadə vurğulayıb.