YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Ağdam rayon təşkilatının təşəbbüsü ilə Ulu Öndər Heydər Əliyevin 95 illiyi münasibəti ilə mini futbol turniri keçirilib

YAP Ağdam rayon təşkilatının və Ağdam rayon Gənclər və İdman İdarəsinin təşəbbüsü ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibəti  ilə Ağdam Olipiya İdman Kompleksində mini futbol yarışı keçirilmişdir.

Yarışda rayonun  müxtəlif idarə müəsissə və təşkilatları həmçinin kənd və qəsəbələrin komandaları iştirak etmişdir.

Mini futbol yarışında birinci yerə Quzanlı köçkün qəsəbə komandası, ikinci yerə Sarıcalı kənd bələdiyyəsinin komandası və üçüncü yerə isə Ağdam Dövlət Sosial-iqtisad kollecinin komandası çıxmışdır.

Birinci, ikinci və üçüncü  yerin qalibinə kubok, fəxri fərman və qiymətli hədiyyələr təqdim olunmuşdur.

DİGƏR Xəbərlər Arxiv