YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Azərbaycanda seçkilərin uğurla başa çatmasından duyduğum məmnunluq hissini xüsusi vurğulamaq istəyirəm

“Aprelin 11-də keçirilmiş Azərbaycan Respublikasının Prezidenti seçkilərində yenidən prezident seçilməyiniz münasibətilə xalqım adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram. Azərbaycanın daha da demokratikləşməsində mühüm bir mərhələ təşkil etdiyinə inandığım bu seçkilərin uğurla başa çatmasından duyduğum məmnunluq hissini xüsusi vurğulamaq istəyirəm”. Bu sətirlər Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevə təbrik məktubunda yer almışdır.