YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aleksandr Lukaşenkodan Prezident İlham Əliyevə: Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi təbrik edirəm

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

Təbrikdə deyilir: “Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi təbrik edirəm.

Səsvermənin nəticələri seçicilərin ardıcıl surətdə həyata keçirilən güclü və firavanlaşan Azərbaycan quruculuğuna yönəlmiş kurs ilə yüksək həmrəyliyini təsdiq etdi.

Əminəm ki, dövlət başçısı kimi məsul vəzifədə fəaliyyətiniz ölkənizin iqtisadi qüdrətinin və onun beynəlxalq nüfuzunun daha da möhkəmlənməsini təmin edəcək, Belarus-Azərbaycan dostluq münasibətlərinin hərtərəfli inkişafına şərait yaradacaq.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, tükənməz enerji və nəzərdə tutduğunuz planların həyata keçirilməsində uğurlar arzu edirəm”.