YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Seymur Orucov: İnanırıq ki, qarşıdakı 7 ildə də cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan möhtəşəm nailiyyətlərə imza atacaq

«Seçkilər hər bir dövlətin, xalqın həyatında mühüm hadisədir. Bu mənada, Azərbaycanda da hər zaman seçkilərə böyük önəm verilir, ölkə vətəndaşları bu prosesdə aktiv iştirak edir. Konstitusiyamızda vurğulandığı kimi, Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır. Təbii ki, dövlət hakimiyyətinin formalaşdırılması bilavasitə xalqımızdan asılıdır». Bu fikirləri yap.org.az saytına müsahibəsində YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov deyib.

S.Orucov bildirib ki, cəmiyyətimizin aparıcı təbəqəsi olan Azərbaycan gəncliyi hər zaman seçkilərdə aktiv iştirak edib. 11 apreldə keçiriləcək prezident seçkiləri də bu baxımdan istisna təşkil etmir. Onun sözlərinə görə, bu seçkilərdə gənclərimiz mövcud siyasətin uğurlu davamına səs verəcəklər.

«Çünki həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafı üçün böyük üfüqlər açır. Hesab edirəm ki, artıq ölkə gəncliyi seçki ilə bağlı öz qərarını verib. Xüsusilə, sosial şəbəkələrdə öz mövqeyini paylaşır və cənab İlham Əliyevin qələbə qazanacağına əmin olduqlarını vurğulayırlar. Qələbəmiz çox yaxındadır. Mən hər bir vətəndaşı, o cümlədən gənclərimizi  aprelin 11-də seçki məntəqələrinə getməyə və işıqlı gələcəyimiz naminə cənab İlham Əliyevə səs verməyə çağırıram. Xalqın bu seçimi Azərbaycanın uğurlarına sevinməyən, hər addımda ölkəmizə qara yaxmağa çalışan xarici və daxili qüvvələrə tutarlı cavab olacaq. İnanırıq ki, qarşıdakı 7 ildə də cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan möhtəşəm nailiyyətlərə imza atacaq»-deyə, S.Orucov qeyd edib.

DİGƏR Xəbərlər Arxiv