YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Firəngiz Əlizadə: Xalq yenidən cənab İlham Əliyevə səs verməklə Azərbaycanın növbəti 7 il ərzində sosial-iqtisadi inkişafına səs vermiş olacaq

«Aprelin 11-də müasir Azərbaycanın siyasi həyatında mühüm tarixi hadisə yaşanacaq – ölkəmizdə yeni prezident seçkiləri keçiriləcək. Seçkilərin müəyyənləşdirəcəyi qalib növbəti 7 ildə Azərbaycan dövlətinin sükanı arxasında olacaq. Hazırda seçki prosesinin çox mühüm mərhələsidir». Bu fikirləri Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə deyib.

F.Əlizadə bildirib ki, seçkilərin demokratik və şəffaf keçməsi üçün də hər cür şərait yaradılıb. Qeydə alınan namizədlərin hər biri haqqında  cəmiyyətin, seçicilərin məlumatları var. Namizədləri müqayisə etdikdə, təbii ki, son 15 ildə Azərbaycana uğurla rəhbərlik edən, qlobal miqyasda ölkəmizin nüfuzunu artıran Prezident İlham Əliyevin fəaliyyəti xüsusi ilə diqqəti cəlb edir. Mənim qənaətimə görə, cənab İlham Əliyevlə digər namizədlər arasında birincinin xeyrinə çox böyük fərq var.

«Azərbaycan Prezidenti son 15 il ərzində müstəqil siyasətinə tam sadiqlik nümayiş etdirərək dövlət və xalq qarşısında öz missiyasını ləyaqətlə yerinə yetirdi. Əlbəttə ki, cənab Prezidentin həyata keçirdiyi siyasətin uğurlarını xalqımız görür və qiymətləndirir. Cənab İlham Əliyev hər addımında milli maraq və mənafeləri üstün tutur, ölkə vətəndaşlarının arzu və istəklərini gerçəkləşdirmək üçün əzmkarlıqla çalışır. Azərbaycan Prezidentinin fəaliyyətinin əsas qayəsi də xalqa və dövlətə sədaqətli, layiqli xidmət prinsipi üzərində qurulub. Əminliklə demək olar ki, cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqını uğurlu gələcəyə aparan bu siyasət növbəti illərdə də davam etdiriləcək, böyük nailiyyətlərə imza atılacaq, müstəqil dövlətimizin beynəlxalq aləmdə nüfuzu daha da artacaq. Bütün görülən işləri, həyata keçirilən daxili və xarici siyasəti nəzərə alıb deyə bilərik ki, bu gün Azərbaycanda İlham Əliyevə alternativ yoxdur. Əminəm ki, aprelin 11-də azad və demokratik prezident seçkiləri nəticəsində növbəti dəfə cənab İlham Əliyevin parlaq qələbəsini qeyd edəcəyik. Xalq yenidən cənab İlham Əliyevə səs verməklə Azərbaycanın növbəti 7 il ərzində sosial-iqtisadi inkişafına səs vermiş olacaq. Xalqın dəyişməz seçimi İlham Əliyevdir»-deyə, F.Əlizadə vurğulayıb.