YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüsal Hüseynov: Yeni Azərbaycan Partiyasının seçkiqabağı təşviqat kampaniyası böyük ruh yüksəkliyi və əhval ruhiyyə ilə davam edir

«Yeni Azərbaycan Partiyasının seçkiqabağı təşviqat kampaniyası çox böyük ruh yüksəkliyi və əhval ruhiyyə ilə davam edir. Rayonlarda, kəndlərdə vətəndaşlarla görüşlər keçirilir, təşviqat tədbirləri davam etdirilir. İnsanların cənab Prezidentə olan dəstək və sevgisini canlı müşahidə edirik». Bu fikirləri yap.org.az saytına müsahibəsində Milli Məclisin deputatı Vüsal Hüseynov deyib.

V.Hüseynov bildirib ki, bu seçkilərdə cənab İlham Əliyev rəsmən qeydə alınan ilk prezidentliyə namizəd olmuşdur. Belə ki, vətəndaşlarımız Onun namizədliyinin müdafiəsi üçün imza toplama kampaniyasında çox aktiv iştirak etmiş və qısa müddətdə bu proses yekunlaşmışdır. Nümunə üçün qeyd edim ki, millət vəkili olduğum Ucar rayonunda imza toplama kampaniyası 3 gündən də qısa müddət ərzində başa çatdırılmışdır.

 «Ötən 15 il ərzində sosial-iqtisadi sahədə aparılan islahatlar, həmçinin dövlət idarəçiliyi və insan hüquqlarımın daha etibarlı təminatına xidmət edən tədbirlər, ölkəmizin əldə etdiyi nailiyyətlər cənab İlham Əliyevin namizədliyini və növbəti seçkilərdə uğur qazanmasını şərtləndirən başlıca amillər sırasındadır. Bu siyasət və tədbirlər öz müsbət təsirlərini ölkənin gündəlik həyatında göstərir və insanlarımız bunları müşahidə edirlər. Bu isə ölkəmizdə mövcud xalq-iqtidar həmrəyliyi daha da möhkəmləndirir və hazırkı və gələcək inkişafımızı və sabitliyimizi təmin edir. Növbəti illər üçün müəyyən edilmiş hədəfləri saymaqla bitməz. Ümumilikdə onu deyə bilərəm ki, dövlətimizin inkişaf etməsi, xalqımızın daha yaxşı yaşaması üçün çoxşaxəli islahatlar kursu növbəti illərdə davam etdiriləcək. Ölkə başçısının yürütdüyü siyasət Azərbaycan xalqının maraqları üzərində qurulub və söz yox ki, bu maraqları təmin etmək üçün qarşıdan gələn 7 ildə də bütün imkanlar səfərbər olunacaq»-deyə, V.Hüseynov vurğulayıb.     

DİGƏR Xəbərlər Arxiv