YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İmişli seçiciləri: Biz inkişaf yolunu cənab İlham Əliyevlə davam etmək istəyirik

YAP Mərkəzi Seçki Qərargahı İmişli rayon  şöbəsinin üzvləri aprelin 5- də seçicilərlə növbəti görüşlərini rayonun Terişli, Allahmədətli, Məmmədli, Əlyetməzli və Ağamallar kəndlərində keçiriblər. 

Görüşlərdə YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev çıxış edərək bildirib ki, Azərbaycan dövlətinin və xalqının bundan sonrakı inkişafı üçün YAP-ın Sədri cənab İlham Əliyevin yenidən Prezident seçilməsi zəruridir: «Tam əminliklə deyə bilərəm ki, imişlilər bu seçkidə də fəal olacaqlar və böyük səs çoxluğu ilə YAP-ın namizədi cənab İlham Əliyevi dəstəkləyəcəklər. Ona görə ki, cənab İlham Əliyev son 15 ildə həyata keçirdiyi müdrik daxili və xarici siyasəti ilə, eyni zamanda,  qətiyyəti  və ləyaqətli siyasi addımları ilə sübut edib ki, məhz onun ölkəmizə rəhbərliyi bizim dövlətimizə və ölkəmizə ancaq  inkişaf,  nüfuz qazandırıb.»

Tədbirdə çıxış edən təbliğat-təşviqat qrupunun üzvü Teymur Qarayev bildirib ki, Azərbaycan xalqı qədir bilən və müdrik xalqdır. Ona görə də onlar son 15 ildə ölkəmizdə böyük uğurlara nail olan Prezident İlham Əliyevə yenidən etimad göstərəcəklər. Bu, bizim hər birimiz üçün, sosial rifah halımızın daha da yaxşılaşması üçün lazımdır.

YAP İmişli rayon təşkilatının aparat rəhbəri İlham Əsgərov hər iki kənddə çıxış edərək seçiciləri YAP-ın alternativsiz namizədinə səs verməyə çağırıb. Bildirib ki, Azərbaycan dövlətinin daha böyük iqtisadi və siyasi hədəflərə çatması üçün məhz cənab İlham Əliyevin ölkəmizə rəhbərliyinin davam etməsi şərtdir.  Ona görə də inanıram ki, imişlilər bu dəfə də seçimlərində yanılmayacaqlar.

Tədbirdə çıxış edən qərargah üzvləri Dünyamalı Əliyev və Həsən Hüseynov da seçiciləri hamılıqla YAP-ın namizədinə səs verməyə çağırıblar. Onlar bildiriblər ki, xalqın və ölkənin bundan sonrakı inkişaf yolu da məhz Prezident İlham Əliyev kimi qətiyyətli  və müdrik dövlət başçısından asılıdır.