YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Belarus Azərbaycan İcmaları Konqresi prezident seçkiləri ilə bağlı bəyanatla çıxış ediblər

Aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı Belarus Azərbaycan İcmaları Konqresi bu ölkədə yaşayan soydaşlarımız adından bəyanatla çıxış ediblər. Bəyanatda vurğulanır ki, Belarus Respublikasında yaşayan Azərbaycan icmasını azərbaycançılıq ideologiyası, ana dilimizə, mədəniyyətimizə, dinimizə, adət-ənənlərimizə, milli-mənəvi dəyərlərimizə məhəbbət birləşdirir.

Bəyanatda deyilir: "Azərbaycan xalqının ən ağrılı dərdi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi bizi hələ də narahat etməkdə davam edir. Biz Azərbaycan dövlətinin  bütün imkanlarınıdan istifadə edərək bu münaqişənin sülh yolu ilə həll olunmasına nail olacağına ümid bəsləyərək yaşayırıq və bu istiqamətdə üzərimizə düşən hər bir öhdəliyi vicdanla yerinə yetirməyə çalışırıq.

Bu gün biz haqq səsimizi dünyanın istənilən tribunasında ucaltmağa müvəffəq olan, Azərbaycanı ürəkdən sevən, ona bütün mənəviyyatı ilə bağlı olan bir diaspora çevrilmişik. Biz şahidik ki, güclü iqtisadiyyata, siyasi sabitliyə, böyük hərbi potensiala və demokratik inkişaf xəttinə malik dövlətimiz Prezident İlham Əliyevin rəhbərliyi altında qarşısına qoyduğu istənilən vəzifənin öhdəsindən uğurla gəlir. Azərbaycan bu gün bölgədə və dünyada etibarlı tərəfdaş, dinamik inkişaf edən ölkə imicinə malikdir".

Həmçinin qeyd olunur ki, Azərbaycanın iqtisadi cəhətdən inkişafı, siyasi gücünün artması, bir sıra nüfuzlu beynəlxalq təşkilatlara üzvlüyü, xüsusilə bu təşkilatlarda əhəmiyyətli tərəfdaş kimi qəbul edilməsi ölkəmiz haqqında dolğun informasiya formalaşdırmışdır. "Biz 11 aprel tarixində Azərbaycan xalqının müqəddaratının həll ediləcəyi gündə onları yenidən yanılmadan doğru seçim etməyə çağırır, bizi hər zaman diqqət və qayğı ilə əhatə edən Prezident İlham Əliyevin yanında olduğumuzu bildirmək istəyirik".