YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tərtərlilər YAP-ın namizədi cənab İlhamm Əliyevə səs verəcəklər

Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Tərtər rayonunda seçicilərlə görüşlər davam edir. Növbəti belə görüş rayonun Buruc, Hüləbətli, Sarov, Kovdadıq, Rəcəbli, Bildirçinli kəndlərində kəndlərində keçirilib.

Görüşlərdə YAP Tərtər  rayon təşkilatının sədri Ramiz Şabanov 2003-2018-ci illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə görülən işlərdən danışıb.

Qeyd edilib ki, bu müddət ərzində əhalinin sosial müdafiəsinin güclənməsinə xidmət edən mühüm layihələr reallaşdırılıb, paytaxtda və regionlarda iqtisadi ehtiyatların səfərbər edilməsi, yeni müəssisələrin və iş yerlərinin yaradılması, insanların layiqli yaşayışının təmin edilməsi üçün ardıcıl işlər görülüb.

Görüşlərdə həmçinin, rayon təbliğat-təşviqat qrupunun üzvü Faiq Məmmədov, Buruc kənd sakinlərindən Nüşabə Misirova, Saleh Məmmədov, Hüləbətli kənd sakini Vəfa Quliyeva, Sarov kənd sakini Zoya Muradova, Rəcəbli kənd sakini Mayıl Aslanov, Kovdadıq kənd sakini Rüfət İsmayılov, Bildirçinli kənd sakini Almaz Qasımova çıxış edərək ölkə Prezidentinin yürütdüyü daxili və xarici siyasətinin xalq tərəfindən bir mənalı şəkildə dəstəklədiyini bildirib, tərtərlilərin YAP-ın namizədinə səs verəcəyini bəyan ediblər.