YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Daşkəsənlilər yekdilliklə Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklər

Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Daşkəsən rayon şöbəsi rayonun Qabaqtəpə kəndində seçicilərlə növbəti görüş keçirib.

 Görüşdə YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev bildirib ki, YAP-ın namizədinin təbliğat-təşviqat kampaniyasına seçicilərin böyük maraq göstərməsi, insanların bu görüşlərdə yüksək mütəşəkkilliklə və qələbəliklə iştirak etməsi bir daha təsdiq edir ki, daşkəsənlilər ölkə rəhbəri, YAP-ın namizədi cənab İlham Əliyevlə həmrəydir, Onun ətrafında sıx birləşiblər. Cənab İlham Əliyev öz misilsiz fəaliyyəti ilə bu sevgiyə layiqdir, hər birimizin prezidentidir, Azərbaycanın xoş gələcəyinin təminatçısıdır.

Mitinqdə çıxış edən Şakir Həsənov, Azad İsmayılov, Dilqəm Həsənov, Azad Alıyev, Təranə Rzayeva əminliklə vurğuladılar ki, 11 aprel 2018-ci il tarixdə keçiriləcək Prezident seçkilərində biz hamılıqla YAP-ın namizədinə səs verəcəyik.