YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rusiyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondu və «Dostluq» təşkilatı cənab İlham Əliyevin seçkilərdə qələbəsinə inanır

Rusiya Federasiyasının Moskva şəhərində fəaliyyət göstərən  Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondu və  Primorye vilayətində fəaliyyət göstərən  «Dostluq» diaspor təşkilatı  ölkəmizdəki prezident seçkiləri ilə əlaqədar bəyanatla çıxış edib.

 Bəyanatlarda  bu təşkilatların uzun illərdir Rusiyada fəaliyyət göstərdiyi qeyd olunur və bildirilir ki, bu fəaliyyətdə Dünya Azərbaycanlılarının birinci qurultayında Ümummilli liderimiz Heydər Əliyevin diaspor təşkilatlarına verdiyi  tövsiyələr  öndə tutulur.

Vurğulanır ki,  bu tövsiyələrə uyğun olaraq təşkilat üzvləri azərbaycançılığın qorunması, ana dilimizin, mədəniyyətimizin, Azərbaycan həqiqətlərinin, xüsusilə Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində daha fəal olmağa çalışırlar. Milli maraqlarımızın qorunması üçün bir çox diaspor təşkilatları ilə fəal əməkdaşlıq edilir.

«Azərbaycanın sürətli inkişafı, həyata keçirilən hüquqi, demokratik islahatların uğurlu nəticələri ölkəmizin parlaq gələcəyindən xəbər verir. Azərbaycanın dinamik inkişafı bizi çox sevindirir. Biz vətənimizə ümidlə baxırıq və inanırıq ki, bu tərəqqi davamlı olacaq. Bu gün dünyada yaşayan milyonlarla azərbaycanlı qüdrətli dövlətimizin gücünü, dəstəyini hiss edir.  Bu baxımdan,  aprelin 11-də keçiriləcək prezident seçkiləri bizim də diqqətimizdədir və inanırıq ki, Azərbaycan xalqı yenə də müdrik seçim edəcək, Ulu öndər Heydər Əliyevin siyasətini layiqincə davam etdirən cənab İlham Əliyevə səs verəcək»-deyə, bəyanatlarda qeyd olunur.