YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Gədəbəy rayon təşkilatı seçicilərlə növbəti görüşünü keçirib

Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatı qarşıdan gələn prezident seçkilərində partiyamızın namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir.

Kampaniya çərçivəsində Sarıhasanlı kəndində seçicilərlə görüş keçirilib.

Tədbirdə YAP Gədəbəy rayon təşkilatının seçki qərargahının üzvləri Zaur Mehdiyev, Murad Bayramov, Alim Verdiyev, Məlahət Əliyeva və başqaları seçicilər qarşısında çıxış ediblər. Bildirilib ki, aprelin 11-də ölkəmizdə mühüm bir siyasi hadisə - prezident seçkiləri günüdür. Cənab İlham Əliyevin həyata keçirdiyi layihələrdən, görülən işlərdən, ölkəmizdə aparılan abadlıq-quruculuq işlərindən danışan seçki qərargahının üzvləri ölkəmizdə sosial-iqtisadi sahədə, o cümlədən başqa istiqamətlərdə aparılan dövlət siyasətinin xalqın rifahının yüksəlməsinə yönəldiyini diqqətə çatdırıblar.

Vurğulanıb ki, insanlarımız son 15 ildə əldə olunan nailiyyətlərlə yanaşı, əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş sabitliyin Prezident İlham Əliyev tərəfindən qorunmasını yüksək qiymətləndirirlər. Qeyd edilib ki, cənab İlham Əliyevin apardığı çoxşaxəli siyasi fəaliyyət ölkəmizin siyasi-iqtisadi sferada mühüm uğurlara imza atmasını şərtləndirib.

Daha sonra çıxış edən kənd sakinləri son illərdə maaşların, təqaüdlərin davamlı şəkildə artımından razılıqlarını bildiriblər. Qeyd olunub ki, cənab İlham Əliyev Azərbaycan xalqının sevgisini, inamını qazanıb və aprelin 11-də keçiriləcək seçkilərdə də xalqımızın seçimi cənab İlham Əliyev olacaq.