YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Erməni portalı: Aprel döyüşləri Ermənistan hərbçilərinin və siyasətçilərinin səriştəsizliyini ortaya qoydu

Aprel döyüşləri Ermənistan ordusunun qəhrəmanlığı haqqında iddiaların əsasının olmadığını göstərdi. Azərbaycan ordusu həmin döyüşlər zamanı Ermənistanın mövqelərinə ağır zərbələr vurdu.

Bu fikirlər Ermənistanın “1in” saytında yayılan məqalədə yer alıb.

Yazıda bildirilir ki, dördgünlük müharibə Ermənistan hərbçilərinin və siyasətçilərinin səriştəsizliyini ortaya qoydu. Azərbaycan ordusunun uğuru olan bu əməliyyat Ermənistan hərbçilərinin və siyasətçilərinin fəaliyyətinin boş perspektiv üzərində durduğunu göstərdi. 1994-cü ildə əldə edilən atəşkəsdən sonra Ermənistanda yalnız korrupsiyanın, seçki fırıldaqçılığının inkişafı istiqamətində işlərin aparıldığı ortaya çıxdı. Bu döyüşlər Azərbaycanın üstünlüyə malik olduğunu, həmçinin öz strateji məqsədlərinə çatmaq iqtidarında olduğunu sübut etdi.